• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşğalçılar bayram keçirir

  • 20 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Fevralın 20-si Azərbaycanın işğal edilmiş torpaqlarında bayram keçirilir. Əsas tədbir Xankəndi şəhərinin baş meydanında olub.

1988-ci il fevralın 13-dən Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. Fevralın 20-də Dağlıq Qarabağın qanunverici orqanı SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vəsatət qaldırıb. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alıb, bununla separatçı hərəkat açıq hərbi təcavüzə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlər, eləcə də Xocalı şəhəri ermənilərin əlinə keçib.

1992-ci il mayın 8-9-da Şuşa şəhərinin işğalı ilə Azərbaycan Dağlıq Qarabağa nəzarəti tam itirib.

Müharibənin sonrakı mərhələsində Dağlıq Qarabağ ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib.

1994-cü il mayın 12-də Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı Moskvada atəşkəs sazişi imzalayıb.

Ermənistanın hərbi təcavüzü nəticəsində ölkənin 17 min kvadrat kilometr ərazisi işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə bölgənin yekun statusunun müəyyənləşməsini nəzərdə tutur.

Novator.az bildirir ki, 20 fevral Dağlıq Qarabağda “Dirçəliş Günü” kimi rəsmiləşib. Ötən il fevralın 20-də keçirilmiş qanunsuz “konstitusiya referendumu”nda bölgənin adı dəyişdirilib, separatçı rejim “Dağlıq Qarabağ Respublikası” adını ikinci plana keçirib, “Arsax Respublikası” əsas ad olub.

10 minə yaxın adam korrupsiyaya görə mühakimə olun...

  • 20 Fevral 2018
  • comments

Artım sərəncamları neçə nəfəri əhatə edəcək?

  • 20 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda