• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

DSMF-yə hansı borclar silinəcək?

  • 20 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezident İlham Əliyevin “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında” qanun layihəsi təşəbbüsü ilə çıxış etdiyini açıqlayıb. Detallar belədir: “Layihədə sığortaedənlərin Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində 2006-cı il yanvarın 1-nə yaranmış və 2018-ci il aprelin 1-dək ödənməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsi nəzərdə tutulub. Həmin borcları təhlil etdikdə ötən 12 ildə borcu olan sığortaedənlərin heç də hamısının borclarını ödəməyə cəhd göstərmədiyi və ya belə bir imkana malik olmadıqları aydın olur. Bu sahədə görülmüş tədbirlər nəticəsində məhkəmə qərarları vasitəsilə də gözlənilən məqsədə kifayət qədər nail olunmayıb.

Hesabat məlumatlarına görə, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı ilə olan 199,6 milyon manat borcundan yalnız 50 faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci ilədək ödənib. Beləliklə, sığortaedənlər üzrə 12 il ərzində ödənməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir.

Qanun layihəsinin digər müddəası sığortaedənlərin Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində 2015-ci il yanvarın 1-dək yaranmış və 2018-ci il aprelin 1-dək ödənməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının tam məbləğdə silinməsini nəzərdə tutur. Hesabat məlumatlarına görə, sığortaedənlərin 1 yanvar 2018-ci ilə 81,8 milyon manat ödənməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borcları mövcuddur, bunun da 67,4 faizi və ya 55,1 milyon manatı 1 yanvar 2015-ci ilə yaranıb.

Qanun layihəsində məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 2015-ci il yanvarın 1-dən 2018-ci il aprelin 1-dək yaranmış borcların da tənzimlənməsi əksini tapır. Hesabat məlumatlarına görə, sığortaedənlərin 2015-ci il yanvarın 1-dən 2018-ci il aprelin 1-dək yaranmış borclarının məbləği 26,7 milyon manat təşkil edir.

Ümumilikdə qanun layihəsi ilə sığortaedənlərin Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur.

“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcək”.

Azadlıq qiymətinə foto

  • 20 Fevral 2018
  • comments

Yeni artım sərəncamları

  • 21 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

Son materiallar

comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda