• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Namizədlik yarışında artım

  • 19 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Mərkəzi Seçki Komissiyası 11 aprel prezident seçkisinə qatılmış daha 7 nəfərin namizədliyini təsdiqləyib. Novator.az bildirir ki, yeni iddiaçıların 3-ü Milli Məclisin deputatıdır: Araz Əlizadəni Sosial Demokrat Partiyası, Qüdrət Həsənquliyevi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Fərəc Quliyevi Milli Dirçəliş Hərəkatı Partiyası namizəd irəli sürüb.

Digər yeni iddiaçılar Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev, müstəqil namizədlər Asif Məmmədov və Elşən Həsənovdur.

Daha əvvəl 5 nəfərin namizədliyi təsdiqlənmişdi. Onların 2-si partiya namizədi, 3-ü müstəqil iddiaçıdır.

Hakim Yeni Azərbaycan Partiyasının namizədi prezident İlham Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasının namizədi bu qurumun sədri Fuad Əliyevdir.

Müstəqil namizədlərdən biri Milli Məclisin deputatıdır: Zahid Oruc. Tural Abbaslı Ağ Partiyanın başqanı, Anar Umudov hüquqşünasdır.

Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplanmalıdır. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza yığmaq tələb edilir. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi.

Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Başqa bir yenilik prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasıdır.

Ulker Natiqqizi

Paylaşılan materialı nə zaman silməli?

  • 17 Fevral 2018
  • comments

Sərkisyan Sərkisyanın təklifi ilə razılaşdı

  • 19 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda