• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

13 oldu

  • 19 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Mərkəzi Seçki Komissiyasının 19 fevral iclasında Ramazan Bəkirovun prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bununla prezidentliyə iddiaçıların sayı 13-ə yüksəlib. Ramazan Bəkirov müstəqil namizəddir.

Mərkəzi Seçki Komissiyası fevralın 19-dək 11 aprel prezident seçkisinə qatılmış 12 nəfərin namizədliyini təsdiqləmişdi. Həmin iddiaçıların 5-i müstəqil namizəddir: deputat Zahid Oruc, Tural Abbaslı, Anar Umudov, Asif Məmmədov və Elşən Həsənov.

Yeni Azərbaycan Partiyasından prezident İlham Əliyev, Sosial Demokrat Partiyasından deputat Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından deputat Fərəc Quliyev, Liberal Demokrat Partiyasından Fuad Əliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan Razi Nurullayev namizəd göstərilib.

2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın 17-də növbəti prezident seçkisi keçirilməli idi.

Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib. Belə bir səlahiyyət prezidentə 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə verilib. Başqa bir yenilik prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasıdır.

Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplanmalıdır. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza yığmaq tələb edilir. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

Vergilər Nazirliyi təklif və xəbərdarlıq edir

  • 19 Fevral 2018
  • comments

Abbas Ələsgərovun nekroloqu

  • 20 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Moldova: Rusiyaya bağlı qüvvələr birləşir

GLOBALS:0
comments
Xəbər

Xarici borc statistikası: il, illər

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda ömür uzunluğu (1991-2024)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

“Avroviziya 2026”: ilkin siyahı açıqlanıb

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Moldova: Rusiyaya bağlı qüvvələr birləşir

Son materiallar

comments
Dünyanın səsiXəbər

Moldova: Rusiyaya bağlı qüvvələr birləşir

GLOBALS:0
comments
Xəbər

Xarici borc statistikası: il, illər

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda ömür uzunluğu (1991-2024)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda