• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İqtisadiyyat 2 faiz irəli gedib

  • 16 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar ayı üzrə makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 6 milyard 49,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox ümumi daxili məhsul istehsal edib. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,9 faiz artıb, neft sektorunda isə 0,5 faiz azalıb.

Əlavə dəyərin 48,4 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 6 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə, 15,8 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7 faizinə, əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manata bərabər olub.

2017-ci ilin yanvar ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,3 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3,6 faiz, bitkiçilik məhsullarının istehsalı 33,5 faiz artıb.

Nəqliyyat sektoruna gəlincə, yük daşınmasında 0,3 faiz, sərnişin daşınmasında 1,6 faiz yüksəliş qeydə alınıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 16 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.

2017-ci ilin ilk ayı ilə müqayisədə yanvar ayında əhalinin gəlirləri nominal ifadədə 11,7 faiz artaraq 3 milyard 882,3 milyon manata çatıb.

Maliyyə Nazirliyinin məlumatına əsasən, 2018-ci ilin yanvar ayında dövlət büdcəsinə 1 milyard 393,1 milyon manat vəsait daxil olub, büdcədən 976,5 milyon manat vəsait xərclənib, büdcənin icrasında 416,6 milyon manatlıq profisit yaranıb.

2018-ci il yanvar ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 milyard 757,8 milyon manat təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,8 faizinə bərabər olub.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2018-ci il yanvar ayının 1-nə 7561,2 milyon manat göstərilir.

Prezident: “Yalnız bu halda uğur qazana bilərik”

  • 16 Fevral 2018
  • comments

Rəsmi məzənnələr

  • 16 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda