Demokratik Qüvvələrin Milli Şurası aprelin 11-nә elan edilәn növbədənkənar prezident seçkisi ilə bağlı bәyanat yayıb. Bәyanatda seçkinin legitim sayılmadığı vurğulanır vә beynәlxalq birlik qarşısında tәlәblәr irәli sürülür: “Azәrbaycanda aprelin 11-nә elan edilmiş növbәdәnkәnar prezident seçkisinә hәm ölkәdә, hәm dә dünyanın demokratik ictimaiyyәtində ilkin adekvat qiymәt verilib. Prezident İlham Əliyevin heç bir ictimai müzakirә aparılmadan, hәtta hakim komandanın da geniş ölçüdә xәbәri olmadan sərəncam verib seçkinin vaxtını 6 ay irәli çәkmәsi onun hakimiyyәti növbәti müddәtә әlindә saxlamaq üçün özünә әlverişli vaxt seçimi kimi qiymәtlәndirilir. İlham Әliyev sonradan öz namizәdliyini rәsmәn irәli sürdürmәklә dә tәsdiqlәdi ki, xәlvәtcә verilmiş bu qәrar mәhz onun builki prezident seçkisinә hәdәflәnәn bütün maraqlı tәrәflәri, elәcә dә xalqı oyundankәnar vәziyyәtә salmaq, onları hazırlıqsız fakt qarşısında qoymaq mәqsәdi güdüb.
Milli Şura növbәdәnkәnar prezident seçkisi üçün hәr hansı obyektiv әsasın vә ölkәdә ümumiyyәtlә seçki mühitinin olmadığı haqda mövqeyini, hazırkı şәraitdә azad, әdalәtli seçkinin mümkünsüzlüyünü nәzәrә alaraq boykot qәrarı verdiyini açıqlayıb. Milli Şuradan sonra bir neçә siyasi tәşkilat vә birlik dә oxşar arqumentlәrlә 11 aprel seçkisini boykot etdi. Hazırda ölkәnin demokratik düşәrgәsinә aid edilә vә hansısa sosial bazaya iddia edә bilәcәk heç bir tәşkilat 11 aprel seçkisinә qatılmır.
Azәrbaycan xalqı ilә bәrabәr dünyanın demokratik ictimaiyyәti dә 11 aprel seçkisini sonu indidәn bilinәn tamaşa adlandırır. Dünyanın media nәhәnglәri, beynәlxalq insan haqlarını müdafiә tәşkilatları bu barәdә yazır, mövqe açıqlayır. Artıq bәri başdan qәbul olunur ki, 11 aprel seçkisi Azәrbaycan xalqının iradәsini ifadә etmәyәcәk.
Milli Şura belә bir vәziyyәtdә beynәlxalq birliyə, dünyanın demokratik hökumәtlәrinə müraciət edərək onları Azәrbaycandakı 11 aprel seçkisinә münasibətdə dürüst vә әdalәtli olmağa çağırır.
Beynәlxalq birlik, demokratik Qәrb dünyası Azәrbaycanda bu seçkinin ümumiyyәtlә seçki mühiti olmadan, müstәqil medianın tamamilә sıradan çıxarıldığı, hәbsxanaların siyasi mәhbuslarla dolu olduğu, avtoritar idarәçiliyin daha da güclәndiyi vaxtda vә müxalif qüvvәlәrin hamılıqla onu boykot etdiyi, tamamilә rәqabәtsiz şәraitdә keçdiyini nәzәrә almalı vә razılaşmalıdır ki, belә bir seçki xalqın iradәsini ifadә edә, onun nәticәlәri legitim sayıla bilmәz.
Beynəlxalq birlik Azərbaycan xalqının öz hakimiyyətini seçmək kimi fundamental hüquqdan məhrum edilməsinə, Avropa Şurasının üzvü olan bir ölkədə hakimiyyətin açıq-aşkar qəsb olunmasına seyrçi qalmamalı, Azərbaycanda demokratiya və azadlıqların təmin edilməsi naminə üzərinə götürdüyü öhdəliklərə uyğun, təsirli tədbirlərə əl atmalıdır”.
Müxalifətin bir hissəsinin cəmləşdiyi Demokratik Qüvvələrin Milli Şurasının 70-dək üzvü var. Milli Şuraya tarixçi professor Cəmil Həsənli sədrlik edir.
2013-cü ilin iyun ayında, prezident seçkisi ərəfəsində yaradılan qurumun namizədi Cəmil Həsənli olub.
Şuranın fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində Rüstəm İbrahimbəyov, Əli Kərimli, Leyla Yunus, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Tofiq Yaqublu, Rövşən Əhmədli, Gözəl Bayramlı, İbrahim İbrahimli və başqaları yer alır.
2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın üçüncü həftəsinin çərşənbə günü – ayın 17-də növbəti prezident seçkisi keçirilməli idi.
Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib.
2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Başqa bir yenilik konstitusiyanın 101-ci maddəsinə edilib. 101-ci maddənin I hissəsinə əlavə olunmuş ikinci cümləyə əsasən, dövlət başçısı növbədənkənar prezident seçkisi elan edə bilər.