• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hələlik 5 iddiaçı var

  • 15 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Mərkəzi Seçki Komissiyası 11 aprel prezident seçkisinə qatılmış 5 nəfərin namizədliyini təsdiqləyib. Novator.az bildirir ki, onların 2-si partiya namizədi, 3-ü müstəqil iddiaçıdır.

Hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 2003-cü ildən prezident postunu tutur. 56 yaşı var.

Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev bu qurumun sədridir. 47 yaşı var.

Müstəqil namizədlərdən biri Milli Məclisin deputatıdır: Zahid Oruc.  O, 1992-ci ildən 2013-cü ilədək Ana Vətən Partiyasının üzvü olub, uzun illər partiyada siyasi məsələlər üzrə sədr müavini postunu tutub. 46 yaşı var.

Tural Abbaslı Ağ Partiyanın başqanıdır. 1993-cü ildə qeydiyyata alınan Vahid Azərbaycan Partiyası 2016-cı ilin iyununda qurultay keçirərək adını dəyişib. Ağ Partiya elan edilən təşkilat Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Tural Abbaslı əvvəllər Müsavat Partiyasının üzvü olub. 35 yaşı var.

Anar Umudov hüquqşünasdır, Vəkillər Kollegiyasının üzvüdür. 34 yaşı var.

Prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplanmalıdır. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza yığmaq tələb edilir. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatırdı. Bu il oktyabrın üçüncü həftəsinin çərşənbə günü – ayın 17-də növbəti prezident seçkisi keçirilməli idi.

Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin edilib.

2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Başqa bir yenilik konstitusiyanın 101-ci maddəsinə edilib. 101-ci maddənin I hissəsinə əlavə olunmuş ikinci cümləyə əsasən, dövlət başçısı növbədənkənar prezident seçkisi elan edə bilər.

“Liverpul” məsələni ilk oyunda çürütdü

  • 15 Fevral 2018
  • comments

Tofiq Yaqublu başqan müavini vəzifəsindən niyə çıx...

  • 15 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda