• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

100 ilin rəhbərləri

  • 15 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

2003-cü ildən Azərbaycana rəhbərlik edən İlham Əliyev yenidən prezidentliyə namizəd olub. Prezident aprelin 11-də 7 il müddətinə seçiləcək.

Novator.az bildirir ki, İlham Əliyev əvvəllər üç dəfə (2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də və 2013-cü il oktyabrın 9-da) 5 il müddətinə prezident seçilib, bu baxımdan rekordçudur.

1990-cı ildə prezidentlik institutu təsis olunanda ilk prezident – Ayaz Mütəllibov – parlamentdə seçilib.

Azərbaycanda ümumxalq səsverməsi ilə ilk prezident seçkisi isə 1991-ci il sentyabrın 8-də keçirilib. Həmin seçkidə dövlət başçısı Ayaz Mütəllibov qalib gəlib.

Ayaz Mütəllibov istefa verdiyi üçün 1992-ci il iyunun 7-də növbədənkənar prezident seçkisi keçirilib. Bu seçkidən Əbülfəz Elçibəy qalib çıxıb.

1993-cü ildə Əbülfəz Elçibəy istefaya göndərilib. Həmin il oktyabrın 3-də keçirilən növbədənkənar seçkidə Heydər Əliyev dövlət başçısı seçilib. 1998-ci il oktyabrın 11-də keçirilən növbəti seçkidə Heydər Əliyev yenidən prezident olub.

Heydər Əliyev 1969-1982-ci illərdə də respublikaya rəhbərlik edib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub. Onun ümumi rəhbərlik müddəti 23 ildir.

Fasiləsiz rəhbərlik rekordu isə Mircəfər Bağırova məxsusdur. O, 1933-1953-cü illərdə 20 il Azərbaycanı idarə edib.

2018-ci ildə Azərbaycanın respublika elan olunmasının 100 ili tamam olur. Novator.az bildirir ki, ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və hökumət başçısı postlarını bu şəxslər tutub: Məhəmməd Əmin Rəsulzadə (Azərbaycan Milli Şurasının sədri, 1918), Əlimərdan bəy Topçubaşov (parlament sədri, 1918-1920), Fətəli xan Xoyski (baş nazir, 1918-1919), Nəsib bəy Yusifbəyli (baş nazir, 1919-1920).

İkinci respublikanın – Azərbaycan SSR-in ilk rəhbəri Nəriman Nərimanov olub. O, 1920-21-ci illərdə əvvəl Azərbaycan SSR İnqilab Komitəsinə, sonra Xalq Komissarları Sovetinə başçılıq edib.

1921-ci ildə Azərbaycan SSR-də Mərkəzi İcraiyyə Komitəsi yaradılıb və onun başında müxtəlif dövrlərdə Muxtar Hacıyev (1921-ci ildən), Səməd Ağamalıoğlu (1922-ci ildən), Sultanməcid Əfəndiyev (1929-cu ildən və 1931-ci ildən), Qəzənfər Musabəyov (1930-cu ildən) dayanıblar.

1933-1991-ci illərdə Azərbaycan SSR-də hakimiyyət başçısı postu Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katiblərinin əlində olub: Mircəfər Bağırov (1933-1953), İmam Mustafayev (1954-1959), Vəli Axundov (1959-1969), Heydər Əliyev (1969-1982), Kamran Bağırov (1982-1988), Əbdürrəhman Vəzirov (1988-1990), Ayaz Mütəllibov (1990-1991).

Üçüncü respublika – Azərbaycan Respublikasında isə ölkəyə bu şəxslər rəhbərlik edib:

Ayaz Mütəllibov (1991-92), prezident
Yaqub Məmmədov (mart-may 1992), prezident səlahiyyətlərinin icraçısı
İsa Qəmbər (may-iyun 1992), prezident səlahiyyətlərinin icraçısı
Əbülfəz Elçibəy (1992-1993), prezident
Heydər Əliyev (1993-2003), prezident səlahiyyətlərinin icraçısı, prezident
İlham Əliyev (2003-cü ildən), prezident.

Azərbaycanın nə qədər itkini var?

  • 15 Fevral 2018
  • comments

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qayda...

  • 15 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda