• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni dövlət proqramı təsdiqlənib

  • 14 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev sitrus meyvəçiliyinin inkişafına dair dövlət proqramını təsdiqləyib. 2018-2025-ci illəri əhatə edən proqramda nəzərdə tutulan tədbirləri əlaqələndirmək Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub.

Novator.az-ın məlumatına görə, sənəddə qeyd olunur ki, 2017-ci ildə ölkəyə 18,9 milyon ABŞ dolları dəyərində 30,6 min ton sitrus meyvələri, o cümlədən 12,6 min ton portağal, 11,9 min ton limon, 4,6 min ton naringi, 1,5 min ton qreypfrut və digər sitrus meyvələri idxal edilib. Proqramın məqsədinin sitrus meyvələrinə tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin, maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmaq olduğu bildirilir. Məqsədə nail olmaq üçün bu vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: sitrus meyvəçiliyinin inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi; sitrusçuluq sahəsində standartların təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması; sitrus meyvəçiliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi; sitrus meyvəçiliyi sahəsində infrastruktur təminatının yaxşılaşdırılması; sitrus meyvəçiliyi sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi; sitrus meyvəçiliyi sahəsində yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi; sitrus meyvə məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi; sitrus meyvə məhsullarının ixracının dəstəklənməsi və təşviqi; sitrus meyvəçiliyi sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi.

Sitrus meyvəçiliyinin inkişafının əsas istiqamətləri belə sıralanır: sitrus meyvə bitkilərinin əkin sahələrinin genişləndirilməsi; sitrus meyvə bitkilərinin yetişdirilməsi üçün infrastruktur təminatının yaxşılaşdırılması; sitrus meyvə bitkilərinin tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi; sitrus meyvələri istehsalı sahəsində müasir texnika ilə təminatın gücləndirilməsi; sitrus meyvələrinin rəqabət qabiliyyətinin artırılması və ixracının təşviqi, sahə standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması.

Proqramın maliyyələşmə mənbələri kimi dövlət büdcəsi; büdcədənkənar fondlar; Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti; yerli və xarici investisiyalar; qanunvericiliklə qadağan olunmayan digər mənbələr göstərilir.

Sənədin icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur.

Dövlət proqramı

Administrasiya müraciət hesabatı verib

  • 14 Fevral 2018
  • comments

Nazirliyə niyə əlavə vəsait verilir?

  • 14 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda