• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yalçın İmanov prosesi Gəncədə olacaq

  • 14 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Vəkillik fəaliyyəti dayandırılan hüquqşünas Yalçın İmanovun məhkəmə qarşısına çıxacağı gün məlum olub.

2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun vəkillikdən uzaqlaşdırılması üçün məhkəməyə müraciət qərarı qəbul edib. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Rəyasət Heyəti qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında qəbul etdiyini bəyan edib. Penitensiar Xidmətin şikayətində bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Yalçın İmanov indiyədək Vəkillər Kollegiyasından Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının surətini ala bilməyib.

Novator.az-ın məlumatına görə, Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi məsələsinə Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılacaq. Vəkillər Kollegiyasının iddiası üzrə hazırlıq iclası fevralın 21-nə təyin olunub. İş hakim Rəşad Mamedovun icraatındadır.

Yalçın İmanov Novator.az-a deyib ki, əslində Vəkillər Kollegiyasının müraciətinə ümumi məhkəmələr baxmalıdır: “İnzibati-iqtisadi məhkəməyə müraciət edilməsi anlaşılmazdır. Adətən belə işlərə rayon və ya şəhər məhkəmələri baxır. Həm də mənin yaşadığım Sumqayıt şəhərində və ya Bakıda inzibati-iqtisadi məhkəmələr ola-ola prosesin Gəncə İnzibati-İqtisadi Məhkəməsinə salınması absurddur. Çox güman ki, uzaq məkanı ictimaiyyətin məhkəmə prosesində iştirakını maksimum əngəlləmək üçün seçiblər”.

Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?

Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırıldı

İradə Cavadova: “Yalçın İmanovun məsələsində töhmətə də yer yoxdur”

Milli Şuradan vəkillik çağırışı

Məhbus ailələri Yalçın İmanovla bağlı konfrans keçiriblər

Beynəlxalq təşkilat vəkil üçün ədalət istəyir

Yalçın İmanov cəza qərarını ala bilmir

Elchin İsmayilli

Elçin İsmayıllının şikayəti təmin olunmayıb

  • 14 Fevral 2018
  • comments

Sərmayə və ticarət hesabatları

  • 14 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda