Mayın 8-12-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə qatılan ölkələrin 22-si təmsilçisini müəyyən edib. Novator.az siyahını diqqətə çatdırır:
Albaniya – Yevqent Buşpepa
Avstraliya – Cessika Mauboy
Avstriya – Sezar Sempson
Azərbaycan – Aysel Məmmədova
Belçika – Laura Qruseneken
Böyük Britaniya – Suzanna Mariya Kork
Çexiya – Nikolas Cozef
Danimarka – Conas Rasmussen
Finlandiya – Saara Aalto
Fransa – Madam Bonsior
Gürcüstan – “İriao” qrupu
Xorvatiya – Franka Bateliç
Niderland – Ueylon (Villem Beykerk)
İrlandiya – Rayan O’Şonessi
İspaniya – Alfred Qarsiya və Amaya Romero
İsrail – Netta Barzilay
İsveçrə – “Zibbz” qrupu
İtaliya – Ermal Meta və Fabrisio Moro
Kipr – Eleni Fureyra
Makedoniya – Eye Cue
Malta – Kristabell Borq
Rusiya – Yuliya Samoylova.
1-ci yarımfinalda (8 may) Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Estoniya, Finlandiya, Xorvatiya, İrlandiya, İslandiya, İsrail, İsveçrə, Kipr, Litva, Makedoniya, Yunanıstan mübarizə aparacaq.
2-ci yarımfinalda (10 may) Avstraliya, Danimarka, Gürcüstan, İsveç, Latviya, Macarıstan, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, Ukrayna təmsilçiləri çıxış edəcək.
Hər yarımfinaldan 10 iştirakçı finala (12 may) adlayacaq. Ev sahibi Portuqaliya ilə yanaşı Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya finala birbaşa vəsiqə alıblar.
Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yerdə, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yerdə, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yerdə, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yerdə, 2012-ci ildə Səbinə Babayeva 4-cü yerdə, 2013-cü ildə Fərid Məmmədov 2-ci yerdə qərarlaşıb.
2014-cü ildə təmsilçi Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri tutub.