• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

10 illik proqramda nələr var?

  • 13 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Prezident İlham Əliyev çayçılığın inkişafı dövlət proqramını təsdiqləyib. 2018-2027-ci illəri əhatə edən proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün Maliyyə və İqtisadiyyat nazirliklərinə tapşırıqlar verilib. Kənd Təsərrüfatı Nazirliyinə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək həvalə olunub.

Novator.az-ın məlumatına görə, dövlət proqramının məqsədinin ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaq olduğu bəyan edilib. Məqsədə nail olmaq üçün bu vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: çayçılığın inkişafı üzrə institusional tədbirlər; çayçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi; çayçılıq sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi; çay emalı potensialının artırılması; çayçılıq sahəsində infrastruktur təminatının yaxşılaşdırılması; çay istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi; çay istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi; çay məhsullarının rəqabət qabiliyyətinin artırılması, ixracının dəstəklənməsi və təşviqi; çayçılıqda kooperasiyanın inkişaf etdirilməsinin təşviqi.

Çayçılığın inkişafının əsas istiqamətləri belə sıralanır: çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması; toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi; çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması; çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması; mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi; çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.

Proqramın icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur.

Hesretindeyem

Həsrətindəyəm (4)

  • 13 Fevral 2018
  • comments

15 bağça üçün 19 milyon 577 min manat ayrılıb

  • 13 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda