• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni dövlət proqramı

  • 12 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev Azərbaycanda çəltikçiliyin inkişafına dair dövlət proqramını təsdiq edib. 2018-2025-ci illəri əhatə edən proqramda nəzərdə tutulan tədbirləri əlaqələndirmək Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub.

Novator.az-ın məlumatına görə, proqramın məqsədinin ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişafı və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarət olduğu açıqlanıb. Həmin məqsədə nail olunması üçün bu vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

– çəltik əkini sahələrinin genişləndirilməsi və çəltiyin məhsuldarlığının artırılması;

– çəltikçilik sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi;

– çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və rayonlaşdırılmış sortlarının toxumçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi;

– çəltikçiliyin infrastruktur təminatının yaxşılaşdırılması;

– çəltik istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;

– çəltik emalı müəssisələrinin yaradılmasının təşviqi;

– düyü məhsulunun rəqabət qabiliyyətliliyinin artırılması, ixracının təşviqi;

– düyü məhsulu üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi;

– çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi.

Çəltikçiliyin inkişafının əsas istiqamətləri belə müəyyən olunub: rayonlar üzrə çəltiyin optimal əkin sahələrinin müəyyənləşdirilməsi; intensiv becərmə və mühəndis-suvarma texnologiyalarının tətbiqi hesabına çəltik istehsalının artırılması, bu sahədə yüksək səmərəliliyin təmin edilməsi; çəltikçiliyin müasir texnika və texnoloji avadanlıqlarla təminatının yaxşılaşdırılması; çəltikçilikdə növbəli əkin sisteminin tətbiq edilməsi; yüksək məhsuldar yerli və rayonlaşdırılmış xarici çəltik sortlarının keyfiyyətli toxumlarından istifadə edilməsi; çəltikçilik sahəsində fitosanitar və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi; emal potensialının gücləndirilməsi.

Proqram dövlət büdcəsindən; büdcədənkənar fondlardan; Sahibkarlığa Kömək Milli Fondunun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri; yerli və xarici investisiyalar; qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcək.

2025-ci ildə çəltik əkini sahələrini 10 min hektara, istehsalın həcmini 40 min tona çatdırmaq nəzərdə tutulur.

Pensiyalar necə artdı?

  • 12 Fevral 2018
  • comments

Məzənnələr yuxarı üz tutub

  • 12 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Moldova: Rusiyaya bağlı qüvvələr birləşir

GLOBALS:0
comments
Xəbər

Xarici borc statistikası: il, illər

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda ömür uzunluğu (1991-2024)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

“Avroviziya 2026”: ilkin siyahı açıqlanıb

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Moldova: Rusiyaya bağlı qüvvələr birləşir

Son materiallar

comments
Dünyanın səsiXəbər

Moldova: Rusiyaya bağlı qüvvələr birləşir

GLOBALS:0
comments
Xəbər

Xarici borc statistikası: il, illər

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda ömür uzunluğu (1991-2024)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda