• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sürüşmə zonasında son vəziyyət

  • 12 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Fevralın 12-də Səbail Rayon İcra Hakimiyyəti Bayıl sürüşmə zonasındakı son vəziyyətlə bağlı məlumat yayıb. Məlumatda son iki gündə Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan ərazidə intensiv yağıntıların buradakı vəziyyətə təsir göstərdiyi qeyd edilir: “Yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına hopub. Bunun nəticəsində sürüşməyə meylliliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1 ev isə qismən dağılıb. Əhali bu ərazidən vaxtında köçürüldüyünə görə xəsarət alan olmayıb. Təxirəsalınmaz tədbirlər nəticəsində uçan və həmin evlərin yaxınlığındakı tikililərdə vətəndaşların əmlakı çıxarılaraq nəqliyyat vasitələri ilə başqa yerlərə daşınıb”.

Məlumatda icra hakimiyyətinin başçısı Eldar Əzizovun açıqlaması yer alır: “Bu ərazidə sürüşmə hadisələri hələ çox-çox əvvəllər də olub. Arxiv məlumatlarına əsasən, ilk belə hadisələr 1842-ci, 1847-ci və 1874-cü illərdə qeydə alınıb. Sonradan da ərazidə bu hallar baş verib, sonuncu böyük sürüşmə hadisəsi isə 2000-ci ildə baş verib. Bundan sonrakı vaxtlarda da ara-sıra kiçik sürüşmələr olub.

XIX əsrin əvvəllərində Bakı şəhəri əhalisinin sayı 5 minə yaxın olub, həmin əsrin sonlarında isə Bakıda yaşanan neft bumu nəticəsində əhalinin sayı 100 minə qalxıb. XIX əsrdə Bayılın bu hissəsində ümumiyyətlə yaşayış olmayıb. Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib.

Araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin faiz baxımından təqribən 20-25 faizinin ötən əsrin 60-70-cı illərində tikilmiş, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni 1 gecəyə tikilən evlər olduğu müəyyən edilib. Lakin bütün bunlara baxmayaraq bu gün dövlət ayrı-seçkilik etmədən orada yaşayan insanların hər birinin qayğısına qalır.

Bayılda baş verən sürüşmənin səbəbləri barədə tam dəqiq söz demək hələ tezdir. Lakin mütəxəssislərin ilkin rəyinə görə, sürüşmə aktivliyi torpağın daxilində baş verən proseslərlə əlaqədardır. Sürüşmə təbii prosesdir. İnsanlar öz fəaliyyətləri ilə bu prosesin sürətlənməsinə sadəcə olaraq az da olsa təsir edə bilərlər. Təhlükəli sahə hesab olunan ərazidə yerləşən tikililər birmərtəbəli, plansız, bünövrəsiz bir gecəyə tikilən zəif evlərdir.

Bayılda tikilən yeni çoxmənzilli yaşayış binaları təhlükəli sahədən 5 kilometr aralıda yerləşir və bütün layihə işləri tikinti norma və qaydalarına uyğun olaraq aparılır. Bu binaların layihələndirilməsi və tikintisi işləri Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi və rəyi əsasında, birbaşa olaraq bu qurumların mütəxəssislərinin nəzarəti altında aparılır.

Hadisələr cərəyan etdiyi ilk gündən rayon rəhbərliyi, rayonun bütün xidmətləri, bələdiyyə və ictimaiyyət nümayəndələri sakinlərin yanındadırlar. Son 2 gündə burada sakinlərlə 10-dan çox görüş keçirilib, mövcud vəziyyət, onun aradan qaldırılması ilə bağlı görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib, vətəndaşların sualları cavablandırılıb. Ərazidən köçürülən sakinlərin əmlakının qorunması, təhlükəli zonaya insanların buraxılmaması üçün postlar yaradılıb. Rayon icra hakimiyyətinin 163 nömrəli məktəbdə yaratdığı sığınacaqda vətəndaşlar üçün hər cür şərait var”.

Müstəqil dövlət – müstəqil fəaliyyət (4)

  • 12 Fevral 2018
  • comments

Rusiya: şəbəkədə kimlər var?

  • 12 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hadisə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda