• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pensiyalar necə artdı?

  • 12 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında prezident sərəncamı imzalanıb.

Azərbaycan qanunvericiliyi pensiyanın sığorta hissəsinin və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilməsini nəzərdə tutur.

Novator.az bildirir ki, Dövlət Statistika Komitəsi ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 5,7 faiz artdığını açıqlayıb.

Əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (144 ay) bölünməsi ilə müəyyənləşir.

Dövlət başçısının sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il yanvarın 1-nə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməli, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bəyan edib ki, 1 yanvar 2018-ci ilə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır: “Əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və sair kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq. Əmək pensiyalarının sığorta hissəsinə mütləq rəqəmlərlə ifadə olunan əlavələrə də bu artım şamil edilmir”.

Nazir diqqətə çatdırıb ki, 1 yanvar 2018-ci ilə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 208,36 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 233,68 manat təşkil edir: “Vətəndaşların əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda artımların məbləğləri də fərqli olacaq. Məsələn, 208,36 manat səviyyəsində olan əmək pensiyası üzrə hesablama aparsaq, indeksləşdirmə nəticəsində həmin pensiyanın məbləği 5,7 faiz, yəni 11,87 manat artırılaraq 220,23 manata çatdırılacaq. 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksləşdirilməsinə hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək”.

Orta maaş 528 manatı ötüb

  • 12 Fevral 2018
  • comments

Yeni dövlət proqramı

  • 12 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda