• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Parlament partiyaları seçkiyə necə gedir?

  • 07 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Milli Məclisdə çoxluğa sahib Yeni Azərbaycan Partiyası aprelin 11-nə təyin olunmuş prezident seçkisinə hansı namizədlə qatılacağını fevralın 8-də açıqlayacaq. Anonslarda prezident İlham Əliyevin adı keçir.

İlham Əliyev 1961-ci il dekabrın 24-də anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil müəssisəsinin aspiranturasını bitirib, orada müəllim işləyib.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışan İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti olub.

1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilib. Həmin ilin oktyabr ayından Azərbaycanın prezidentidir.

2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.

İlham Əliyevin atası Heydər Əliyev 1969-1982-ci (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) və 1993-2003-cü illərdə (əvvəl Milli Məclisin sədri, sonra prezident) Azərbaycana rəhbərlik edib.

Novator.az digər parlament partiyalarının seçki planları ilə maraqlanıb.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, 11 aprel seçkisində fəal iştirak niyyətindədirlər: “Yaxın günlərdə Ali Məclisin yığıncağı keçiriləcək və qərarımız veriləcək. Biz prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik”.

Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı seçkidə iştirak edəcəklərini və namizədlərinin bəlli olduğunu deyib: “Partiya bu haqda qərarını fevralın 15-də keçiriləcək qurultayında təsdiqləyəcək”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, 11 aprel seçkisində şəxsən iştirak etməyəcək: “Partiya olaraq seçkiyə qatılacağıq, amma namizəd haqqında hələ qərar çıxarılmayıb”.

Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə bildirib ki, partiya 2010-cu ildə qəbul etdiyi qərara görə, bütün seçkilərə qatılır: “Bu il keçiriləcək prezident seçkisində də iştirak etməliyik, edəcəyik də”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli sualı belə cavablandırıb: “Biz partiya olaraq bütün seçkilərdə iştirakı vacib sayırıq. Prezident seçkisində də iştirak edəcəyik. İştirakın forması isə müxtəlif ola bilər. Bununla bağlı qərar Ali Məclisdə veriləcək”.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bildirib ki, seçkidə iştirak haqqında hələ qərar qəbul edilməyib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev 11 aprel seçkisində iştirak və namizəd haqqında qərarı yaxın günlərdə Məclisin iclasında verəcəklərini deyib.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimlinin, Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyevin, Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayevin mövqelərini öyrənmək mümkün olmayıb.

Daha 3 nəfərin namizədliyi rəsmiləşdi

  • 07 Fevral 2018
  • comments

Yanvarda turistlərin sayı 17% artıb

  • 07 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda