Novator.az aprelin 11-də keçiriləcək prezident seçkisinə məsul qurumun – Mərkəzi Seçki Komissiyasının üzvlərini təqdim edir:
Məzahir Pənahov – sədr
Natiq Məmmədov – sədrin müavini
Arifə Muxtarova – katib
Mikayıl Rəhimov – katib
Fuad Cavadov
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
Hüseyn Paşayev
İlham Məmmədov
Nizami Nadirov
Qabil Orucov
Azər Tağıyev
Bəxşeyiş Əsgərov
Tofiq Həsənov
Almas Qəhrəmanlı
Etibar Quliyev
İlkin Şahbazov.
Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini bitərəflərin, üçdə bir hissəsini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur.
Yeni Azərbaycan Partiyasının parlament fraksiyasının üzvlərinin sayı 71 nəfərdir.
Hazırda daha 11 partiyadan 12 nəfər deputatdır. Vətəndaş Həmrəyliyi Partiyasının 2, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Sosial Rifah Partiyası, Sosial Demokrat Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyasının hərəyə 1 mandatı var.
Parlament üzvlərinin 41-i partiyasızdır.