Fevralın 5-də Mərkəzi Bank avronu, Rusiya rublunu və türk lirəsini ucuzlaşdırıb.
Novator.az-ın məlumatına görə, gürcü larisi bahalaşıb, ABŞ dolları sabit qalıb:
1 ABŞ dolları – 1,7001 manat
1 avro – 2,118 manat
1 gürcü larisi – 0,6918 manat
1 Rusiya rublu – 0,0301 manat
1 türk lirəsi – 0,4506 manat.
Dollar 2017-ci il dekabrın 13-dən 1,7001 manata satılır. Bu, manatın devalvasiyaya uğradığı 2015-ci ildən bəri ən davamlı rəsmi məzənnədir.
2015-ci il fevralın 21-də dollar 0,7862 manatdan 1,05 manata yüksəlib. Dekabrın 21-nə təsadüf edən ikinci devalvasiyada rəsmi kurs 1,55 manat olub, il 1,5594 manatla başa çatıb.
2016-cı ildə məzənnə 1,7707 manata qalxıb. 2017-ci ildə isə dollar 7,06 qəpik ucuzlaşıb. İl ərzində ən aşağı qiymət 6-13 dekabr arası qeydə alınıb: 1,7 manat. Ən yuxarı rəsmi qiymət fevralda olub: 1,92 manat. Bu həm də ilk devalvasiyadan bəri qeydə alınan ən yüksək göstəricidir.