• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Seçkidə 8 nəfər qalır

  • 01 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Rusiyanın Mərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək prezident seçkisinə qatılan şəxslərdən sənədlərin qəbulunu başa çatdırıb. Novator.az-ın məlumatına görə, son gün – yanvarın 31-də Yaşıllar Alyansı Partiyasından Elvira Aqurbaş MSK-ya gəlməyib. Rusiya Birləşmiş Əmək Cəbhəsi Partiyasından Natalya Lisitsına isə gərəkli miqdarda imza toplaya bilməyib. Onların seçki yarışından çıxması ilə namizədlərin sayı 8-ə düşüb.

Qeydiyyat üçün müstəqil namizəddən 300 min imza, partiyalı namizəddən 100 min imza toplamaq tələb olunub. Parlamentdə təmsil olunan partiyanın namizədi imza yığmaqdan azaddır. Kommunist Partiyasının prezidentliyə bitərəf namizədi Pavel Qrudinin və Liberal Demokrat Partiyasının namizədi, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski bu üsulla qeydiyyatdan keçib.

Prezident Vladimir Putin seçkiyə müstəqil namizəd kimi qatılıb.

Digər iddiaçılar bunlardır: Sergey Baburin (Rusiya Ümumxalq İttifaqı Partiyası), Kseniya Sobçak (Vətəndaş Platforması Partiyası), Maksim Suraykin (Rusiya Kommunistləri Partiyası), Boris Titov (Yüksəliş Partiyası), Qriqori Yavlinski (“Yabloko” Partiyası).

Hazırda Rusiya prezidentinin səlahiyyət müddəti 6 ildir. Eyni şəxs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz.

İndiki prezident Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.

Təzə ayın ilk məzənnələri

  • 01 Fevral 2018
  • comments

Günəbaxan və balıq yağını uzun müddət istifadə etm...

  • 01 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda