Yanvarın 31-də Rusiyanın Mərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək prezident seçkisinə qatılan şəxslərdən sənədlərin qəbulunu başa çatdırır. Novator.az-ın məlumatına görə, prezidentliyə 14 nəfər iddia edir. Onların 12-si partiya namizədi, 2-si müstəqil namizəddir.
Qeydiyyat üçün müstəqil namizəd 300 min imza, partiyalı namizəd 100 min imza toplamalıdır. Parlamentdə təmsil olunan partiyanın namizədi imza yığmaqdan azaddır. Kommunist Partiyasının prezidentliyə bitərəf namizədi Pavel Qrudinin və Liberal Demokrat Partiyasının namizədi, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski bu üsulla qeydiyyatdan keçib.
Prezident Vladimir Putin seçkiyə müstəqil namizəd kimi qatılıb.
Digər iddiaçılar bunlardır:
Elvira Aqurbaş (Yaşıllar Alyansı Partiyası)
Sergey Baburin (Rusiya Ümumxalq İttifaqı Partiyası)
İrina Volınets (Xalq Partiyası)
Mixail Kozlov (Sosial Müdafiə Partiyası)
Natalya Lisitsına (Rusiya Birləşmiş Əmək Cəbhəsi Partiyası)
Vladimir Mixaylov (müstəqil namizəd)
Stanislav Polişuk (Sosial İslahatlar Partiyası)
Kseniya Sobçak (Vətəndaş Platforması Partiyası)
Maksim Suraykin (Rusiya Kommunistləri Partiyası)
Boris Titov (Yüksəliş Partiyası)
Qriqori Yavlinski (“Yabloko” Partiyası).