• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mirmahmud Mirəlioğlu prezidentliyə namizəd olur

  • 30 Yanvar 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) bu il ölkədə keçiriləcək prezident seçkisində öz namizədi ilə iştirak etməyə qərar verib.

“Turan”ın məlumatına görə, partiyanın Ali Məclisinin yanvarın 28-də keçirilən toplantısında KXCP sədri Mirmahmud Mirəlioğlu prezidentliyə namizəd irəli sürülüb.

Mirmahmud Mirəlioğlu KXCP-yə yaradıldığı vaxtdan rəhbərlik edir. Bu partiya 2007-ci ilin yanvarında dövlət qeydiyyatına alınıb.

61 yaşlı Mirmahmud Mirəlioğlu xalq hərəkatı fəallarından biridir. AXC-nin, daha sonra AXCP-nin öncül şəxslərindən olub. 1990-cı illərdə iki dəfə parlamentin deputatı seçilib. 2000-ci ildə yenidən deputat seçilsə də, seçki saxtakarlığına etiraz olaraq mandatından imtina edib.

Novator.az xatırladır ki, 2013-cü ilin oktyabrında 5 il müddətinə ölkə prezidenti seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatır. Bu il oktyabrın üçüncü həftəsinin çərşənbə günü – ayın 17-də növbəti prezident seçkisi keçirilməlidir. Bu, Seçki Məcəlləsinin tələbidir.

2018-ci il yanvarın 11-də prezident İlham Əliyev Seçki Məcəlləsinə 15 dekabr 2017-ci ildə edilmiş dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, qüvvəyə minən əsas yeniliklərdən biri konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə müvafiq olaraq prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkisinin keçirilməsi haqdadır. Növbədənkənar prezident seçkisi elan ediləndən 60 gün müddətində keçirilməlidir.

2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Başqa bir yenilik konstitusiyanın 101-ci maddəsinə edilib. 101-ci maddənin I hissəsinə əlavə olunmuş ikinci cümləyə əsasən, dövlət başçısı növbədənkənar prezident seçkisi elan edə bilər.

Seçki Məcəlləsinin əvvəlki normasına görə, vaxtından əvvəl prezident seçkisi prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda keçirilə bilərdi.

Valyutalarda eniş

  • 30 Yanvar 2018
  • comments

Amerika Rusiyaya sanksiya müharibəsi elan edir

  • 30 Yanvar 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda