• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
XİN

Qara siyahıda artım olacaq

  • 29 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Avropa Parlamentinin üzvü Lars Adaktussonun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib: “Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi onun təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənasını daşıyır. Bu kimi qanunsuz səfərlə Lars Adaktusson Azərbaycanın qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla bərabər münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə xələl gətirir.

Avropa Parlamentinin üzvü Lars Adaktussonun bu səfərinin Brüsseldə fəaliyyət göstərən, çirkli brilyant ticarəti, pulların yuyulması ilə məşğul olan erməni lobbi rəhbərinin iştirakı və maliyyəsi ilə həyata keçirilməsi xüsusilə utandırıcıdır. Avropa İttifaqı üzv dövlətlərinin də aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi, Avropa İttifaqı və Avropa Parlamenti Şərq tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi halda Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və işğal edilmiş ərazilərdə yaradılmış kriminal rejimlə təmasa girməsi heç bir halda başadüşülən deyil”.

Novator.az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısında 712 nəfərin adı var.

Xarici İşlər Nazirliyi işğal altındakı ərazilərə qanunsuz səfər etmiş əcnəbilərin adlarını qara siyahıya salır, onların Azərbaycana səfərini yasaqlayır.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistanın işğalı altındadır.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə təmsil olunur.

Lars Adaktusson XİN-in qara siyahısında ilk İsveç vətəndaşı olacaq. Finlandiyadan siyahıda heç kimin adı yoxdur.

Aziz Orucov

Məhbus jurnalistlə açıq görüşə icazə verilmir

  • 29 Yanvar 2018
  • comments

Rusiyada ölüm göstəricisi doğumu üstələyib

  • 29 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda