• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Maliyyə yoxlamalarında nələr üzə çıxıb?

  • 29 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2017-ci il tədbirlərinin nəticələri haqqında məlumat yayıb. Rəsmi hesabata görə, Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə 14 rayon və şəhər icra hakimiyyəti başçılarının aparatlarının saxlanmasına, rayonların və şəhərlərin abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 1 şəhər ərazi nümayəndəliyinə, 11 təhsil, 10 səhiyyə, 1 meliorasiya və su təsərrüfatı, 1 statistika müəssisəsinə, 1 mərkəzi icra hakimiyyəti orqanına, 2 diplomatik nümayəndəliyə, şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb, 2 açıq səhmdar cəmiyyətdə suvarma layihələrinin icrası üzrə monitorinq aparıb. Dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına aşkar olunan 7 milyon 367,9 min manat məbləğində artıq ödənişlərin 4 milyon 673,7 min manatının yoxlamaların gedişində, 81,8 min manatının isə 2018-ci ilin əvvəlində bərpası təmin edilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanan ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Hesabat dövründə ümumilikdə aşkar edilən artıq ödənişlərin 10 təşkilat üzrə 2 milyon 331,8 min manat hissəsinə dair yoxlama materiallarında mənimsəmə əlamətləri müşahidə edildiyindən sənədlər Azərbaycan Respublikasının baş prokuroruna göndərilib.

Aşkar edilən əsassız ödənişlərin 4 təşkilat üzrə 280,6 min manat hissəsinə dair yoxlama materiallarının isə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün prokurorluq orqanlarına göndərildiyi vurğulanır.

Hesabat dövründə 8 təşkilatda prokurorluq orqanlarının qərarlarında qeyd olunan suallar yoxlanıb, aşkar edilən 678,3 min manat məbləğində artıq və əsassız ödənişlərin 57,6 min manat hissəsi yoxlamaların gedişində bərpa edilib.

20 vətəndaş müraciətinin araşdırılması zamanı aşkar edilən nöqsanların ciddiliyi nəzərə alınaraq sənədlər Baş Prokurorluğa göndərilib.

Aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində inzibati protokollar tərtib edilib, 760 vəzifəli şəxsə ümumilikdə 639 min manat məbləğində inzibati cərimələr tətbiq edilib.

Ədliyyə Nazirliyindən yeni rəqəmlər

  • 29 Yanvar 2018
  • comments

Əlillik təyinatında 31 faiz azalma var

  • 29 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda