Mərkəzi Bank yanvarın 29-da avro, Rusiya rublu və türk lirəsini ucuzlaşdırıb. Novator.az-ın məlumatına görə, avro 2,1104 manata, rubl 0,0302 manata, lirə 0,4523 manata düşüb.
Dəyəri artan gürcü larisi banklara 0,6883 manata satılır.
ABŞ dollarının kursu isə sabit qalıb: 1,7001 manat (Rəsmi məzənnələr). Bu qiymət 2017-ci il dekabrın 13-dən qüvvədədir və manatın devalvasiyaya uğradığı 21 fevral 2015-ci ildən bəri ən davamlı rəsmi məzənnədir.