• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Aziz Orucov

Məhbus jurnalistlə açıq görüşə icazə verilmir

  • 29 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Məhbus jurnalist Əziz Orucovun ailə üzvləri ilə açıq görüşməsinə icazə verilmir. Bunu Novator.az-a jurnalistin xanımı Lamiyə Orucova deyib.

O bildirib: “Məhkəmənin Əzizə hökm oxumasından ay yarım ötür. Bu müddətdə bir neçə dəfə görüşmüşük. Amma bütün görüşlər şüşə arakəsmə arxasında keçib. Cəhd etsək də, açıq görüşə nail ola bilməmişik. İcazə vermirlər. Səbəbini soruşanda eləcə deyirlər ki, rəhbərlik Əziz Orucovla açıq görüşə icazə vermir”.

Lamiyə Orucovanın sözlərinə görə, həyat yoldaşının səhhətində problemlər qalmaqdadır: “Əziz böyrək çatışmazlığından əziyyət çəkir. Vəziyyəti bu aralar yenə pisləşmişdi. Təzyiq problemi də qalır”.

Jurnalistə çıxarılan hökmdən apellyasiya şikayəti verilib. Vəkillər Cavad Cavadov və Əlibaba Rzayev şikayət ərizəsini təxminən iki həftə əvvəl təqdim ediblər. Şikayətə nə vaxt baxılacağı hələ bilinmir.

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov 2017-ci il mayın 2-də polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib. Dekabrın 15-də isə Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.

Əlillik təyinatında 31 faiz azalma var

  • 29 Yanvar 2018
  • comments
XİN

Qara siyahıda artım olacaq

  • 29 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda