• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan və Ermənistan eyni qrupda

  • 29 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Yanvarın 29-u Portuqaliyanın paytaxtı Lissabonda “Avroviziya 2018” mahnı müsabiqəsinin püşkü atılıb, yarımfinalların tərkibi müəyyənləşib. Azərbaycanla Ermənistan eyni qrupa düşüb.

Novator.az bildirir ki, 1-ci yarımfinalda Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Estoniya, Finlandiya, Xorvatiya, İrlandiya, İslandiya, İsrail, İsveçrə, Kipr, Litva, Makedoniya, Yunanıstan mübarizə aparacaq.

2-ci yarımfinalda Avstraliya, Danimarka, Gürcüstan, İsveç, Latviya, Macarıstan, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, Ukrayna təmsilçiləri çıxış edəcək.

Hər yarımfinaldan 10 iştirakçı finala adlayacaq. Ev sahibi Portuqaliya ilə yanaşı Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya finala birbaşa vəsiqə alıblar.

Mayın 8-12-də Lissabonda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı Aysel Məmmədova təmsil edəcək.

Aysel Məmmədova 1989-cu ildə Bakı şəhərində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Pianoçu, vokalist və bəstəkardır.

Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yerdə, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yerdə, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yerdə, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yerdə, 2012-ci ildə Səbinə Babayeva 4-cü yerdə, 2013-cü ildə Fərid Məmmədov 2-ci yerdə qərarlaşıb.

2014-cü ildə təmsilçi Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri tutub.

Rusiyada ölüm göstəricisi doğumu üstələyib

  • 29 Yanvar 2018
  • comments

Nazir ön xətdə

  • 29 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda