• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsmilər sürüşmə zonasında

  • 26 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Yanvarın 26-sı hökumət rəsmiləri paytaxtda sürüşən əraziyə baş çəkiblər.

Sözügedən ərazi Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındadır.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazir, general-polkovnik Kəmaləddin Heydərov ərazidə vəziyyətlə tanış olub, lazımi işlərin görülməsi üçün nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Həmin gün daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov və nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov da sürüşən əraziyə baxış keçiriblər, burada yaşayan sakinlərlə görüşüb, qəzalı vəziyyətə düşmüş mənzillərdə olublar və ərazidə nəzarət aparan polis əməkdaşlarına tapşırıqlar veriblər.

APA-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, hazırda Bayıl yamacında geofiziki kəşfiyyat işləri aparılır, sürüşmənin baş vermə səbəbləri araşdırılır: “Bir növ ərazidə aidiyyəti qurumların görəcəyi işlər üçün geoloji əsas hazırlanır”.

Əziz Qaralovun sözlərinə görə, sürüşmə sahəsində quraşdırılmış üfüqi mayaklarda çatlar əmələ gəlib və ərazidə çökmə-oturma prosesi gedir.

Ekspedisiya rəisi qeyd edib ki, elektrik kəşfiyyat üsulundan (ŞEZ) istifadə etməklə, prosesin hansı dərinlikdə getdiyini öyrənməyə çalışırlar.

Bakı Televiziya Qülləsindən 200-250 metr cənub-şərqdə yerləşən sürüşmə sahəsində eni 1 metrədək, vizual görünən dərinliyi 4-7 metr arasında olan çatlar qeydə alınıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanvarın 25-də bildirib ki, ərazidə araşdırma aparan mütəxəssislər dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyənləşdiriblər, bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.

Sürüşmənin baş verməsində ərazinin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsinin də rol oynadığı haqda mediada məlumatlar yayılmaqdadır.

80 ailə – 390 nəfərə yaxın vətəndaş sürüşmə zonasından çıxarılıb. Onların bir qismi 163 saylı orta məktəbdə yerləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən köçürülən ailələrə kirayə mənzillərdə qalmaları üçün kirayə haqqı veriləcək. Ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.

1 nömrəli posta 14 nəfər iddia edir

  • 26 Yanvar 2018
  • comments

Azərbaycanda dollar niyə yerində sayır?

  • 26 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Ekologiya
  • Hadisə

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda