• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanda dollar niyə yerində sayır?

  • 26 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

45 gündən çoxdur Mərkəzi Bank ABŞ dollarının kursunu sabit saxlayır. Dolların rəsmi qiyməti 2017-ci il dekabrın 13-dən 1,7001 manatdır. Bu, manatın devalvasiyaya uğradığı 21 fevral 2015-ci ildən bəri ən davamlı rəsmi məzənnədir.

İqtisadçı Natiq Cəfərli Mərkəzi Bankın kursu dəyişməz saxlamaq siyasətinin makroiqtisadi sabitlik göstəricisi kimi təqdim edildiyini deyir. Novator.az-a danışan ekspert bildirib ki, əsas məqsəd dolların sabitləşməsini həyata keçirməkdir və bu, inzibati qaydada reallaşdırılır: “Azərbaycanda dolların sabitləşməsi ümumilikdə makroiqtisadi sabitliyin tərkib hissəsi kimi qəbul olunur. Halbuki dünyada belə deyil. Sərbəst məzənnə rejimi, yəni dünyada baş verən proseslər və daxili makroiqtisadi göstəricilərə görə kursun tez-tez dəyişməsi normal haldır. Bizdə isə proses inzibati qaydada təmzimlənir. Çünki ABŞ dollarının 1 manat 70 qəpik həndəvərində qalması hökumətə makroiqtisadi sabitlik yarandığı mesajı vermək üçün kifayət edir. Mərkəzi Bankın da siyasəti buna köklənib.

Digər valyutalarda, xüsusən avroda isə dəyişikliklər olur. Hazırda bütün dünyada avro bahalaşır, ABŞ dolları ucuzlaşır. Azərbaycanda isə təkcə avro bahalaşır, dollar sabit qalır. Məntiqlə dollar da ucuzlaşmalıdır. Amma Mərkəzi Bank buna imkan vermir, “makroiqtisadi sabitlik göstəricisi” siyasətini yerinə yetirir. ABŞ dollarının ucuzlaşmaması üçün avronu daha çox bahalaşdırır ki, balans yaransın və bu balansa görə istəyini reallaşdırsın”.

2015-ci il fevralın 20-də dollar banklara 0,7862 manata satılıb. Bir gün sonra Mərkəzi Bank kəskin kurs dəyişikliyinə qərar verib və rəsmi qiymət 1,05 manata yüksəlib. Dekabrın 21-də ikinci devalvasiya baş verib, rəsmi kurs 1,55 manata qalxıb. 2016-cı ildə dolların qiyməti 1,7707 manat çatıb. Ötən il dollar 7,06 qəpik ucuzlaşıb. Ən aşağı qiymət 6-13 dekabr arası qeydə alınıb: 1,7 manat. Ən yuxarı rəsmi qiymət fevralda olub: 1,92 manat. Bu həm də ilk devalvasiyadan bəri qeydə alınan ən yüksək göstəricidir.

Novator.az bildirir ki, 2018-ci ilə avro 2,0431 manatla start verib. Hazırda rəsmi kurs 2,1119 manatdır.

Rəsmilər sürüşmə zonasında

  • 26 Yanvar 2018
  • comments

Jurnalist evindən yeni xəbər

  • 26 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda