• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Davos gündəliyi

  • 25 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Dünya İqtisadi Forumuna ev sahibliyi edən Davosda “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiya keçirilib. Prezident İlham Əliyev sessiyada iştirak edib.

Dövlət və hökumət başçıları ilə yanaşı aparıcı enerji şirkətlərinin rəhbərlərinin, mütəxəssislərin və alimlərin qatıldığı 24 yanvar sessiyasında neft və qaz sənayesinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmin gün İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Cənub Qaz Dəhlizi layihəsinin icrası ilə fikir mübadiləsi aparılıb, bu ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının keçiriləcəyi qeyd olunub.

Söhbət zamanı TANAP və TAP kəmərlərinin maliyyələşdirilməsi, TANAP qaz kəmərinin bu il ərzində istismara verilməsi, “Şahdəniz-2” yatağından ilk qazın hasil olunması ilə bağlı məsələlər müzakirə edilib.

İlham Əliyev Davosda İsveçrə Konfederasiyasının prezidenti Alain Bersetlə də bir araya gəlib. Görüşdə Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində uğurlu inkişafından məmnunluq ifadə olunub. İsveçrə prezidenti ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını deyib.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən danışılıb.

Görüşdə iki ölkə arasında ticarətin həcminin artırılmasının zəruriliyi qeyd olunub, əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.

Dövlət başçısı İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə edib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıb.

Yanvarın 24-də İlham Əliyev “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteyn, “İBM” şirkətinin baş icraçı direktoru Cinni Rometti ilə də görüşlər keçirib.

Millətlər Liqasının püşkü

  • 24 Yanvar 2018
  • comments

Komissar Miyatoviç

  • 25 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda