Avropa İnsan Hüquqları Məhkəməsinin 2017-ci ildə baxdığı işlərin statistikası açıqlanıb. Novator.az-ın məlumatına görə, ötən il ən çox Rusiya dövləti cəza alıb: Avropa Məhkəməsi bu ölkəyə qarşı 293 qərar çıxarıb.
İkinci yerdə 99 qərarla Türkiyə, üçüncü yerdə 82 qərarla Ukrayna gəlir.
Məhkəmənin 2017-ci ildə Azərbaycana qarşı 24 qərar çıxardığı bəyan edilib.
Moldovaya qarşı 12, Ermənistana qarşı 11, Gürcüstana qarşı 9 qərar qəbul edilib.
Avropa İnsan Hüquqları Məhkəməsinin Litvaya qarşı 14, Latviyaya qarşı 12, Estoniyaya qarşı 1 qərarı olub.