• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərkisyan Parisdə azadlıqdan danışdı

  • 24 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Fransaya səfər edən Ermənistan prezidenti Serj Sərkisyan yanvarın 23-ü Parisdə həmkarı Emmanuel Makronla görüşüb. Novator.az-ın məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub.

Danışıqlardan sonra birgə brifinqdə çıxış edən Serj Sərkisyan deyib ki, Ermənistan Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi çoxillik səylərini, Dağlıq Qarabağ probleminin dinc yolla həlli, bölgədə sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması yönündə yanaşmalarını yüksək qiymətləndirir.

Serj Sərkisyan Ermənistanın Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları davam etdirməyə sadiq qaldığını vurğulayıb: “Dağlıq Qarabağ xalqı azadlıq, öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparır və belə mübarizə yaxşı nəticələnməyə bilməz”.

Novator.az xatırladır ki, 1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın bütün cənub-qərb bölgəsini (özünü müstəqil dövlət elan etmiş Dağlıq Qarabağ vilayətini və ətraf 7 rayonu) işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün 1992-ci ildə yaradılan Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.

Cəbhədə yoxlama

  • 24 Yanvar 2018
  • comments

Nazir yol polisinə yeni göstərişlər verdi

  • 24 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda