• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlət komitəsi müraciət hesabatı yayıb

  • 24 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, daşınmaz əmlak və torpaq idarəçiliyi, özəlləşdirmə, kadastr sahəsində və digər sahələrdə yaranan suallar 193 vahid çağrı mərkəzi, onlayn resurslar vasitəsilə operativ cavablandırılır: “193 vahid çağrı mərkəzi ötən ilin sonlarında istifadəyə verilməsinə baxmayaraq bu işlərin daha da təkmilləşdirilməsinə şərait yaradıb. Ümumilikdə ötən il çağrı mərkəzi, onlayn çat vasitəsi ilə 5 min-dən çox müraciət daxil olub. Onların 4 min 500-ə yaxını 193 vahid çağrı mərkəzinin, 800-dən çoxu sosial şəbəkələrin və Privatization.az portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Daxil olan müraciətlərin 4 minə yaxını Bakıdan, 1200-dən çoxu isə regionlardan ünvanlanıb. Ümumiyyətlə qeyd edilən vasitələr üzərindən orta hesabla gün ərzində 100-dən çox sual cavablandırılıb.

Statistikaya görə, 2017-ci il ərzində 193 vahid çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Müraciətlərin 4500-dən çoxu (87%) sorğu tiplidir.

Məcmu sorğuların mövzuları üzrə strukturunun 50%-ə yaxını daşınmaz əmlakın qeydiyyatı ilə, 20%-i özəlləşdirmə ilə, 10%-i torpaq sahələrinin kadastrı ilə bağlıdır, qalanları isə komitənin tabeli qurumlarının ünvanları və iş qrafikləri, sənədləşmə və digər məsələlərə aiddir.

Daxil olan müraciətlərdə daha çox qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, bələdiyyə torpaqlarının qeydiyyatı, ümumi mülkiyyətin bölünməsi məsələləri öz əksini tapır. Həmçinin torpaq sahəsinin dəqiqləşdirilmiş koordinatlarının çəkilməsi, torpaqların təyinatının dəyişdirilməsi, onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, alğı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər sahələrlə bağlı suallar verilir. Dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı, elektron xidmətlərin istifadəsi ilə bağlı lazımi prosedurlar da onlayn və canlı rejimdə izah olunur.

Çağrı mərkəzi müraciətlərin qəbulunu və cavablandırılmasını ödənişsiz həyata keçirir, canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir”.

Nazir yol polisinə yeni göstərişlər verdi

  • 24 Yanvar 2018
  • comments

Hansı gündə doğulmağın nə fərqi var? (10)

  • 24 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda