• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərkisyan prezidentdən vaxt istədi

  • 19 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Ermənistan Respublika Partiyasının prezidentliyə namizəd göstərdiyi Armen Sərkisyan fikirləşmək üçün vaxt istəyib. Novator.az xəbər verir ki, yanvarın 19-da prezident Serj Sərkisyanla görüşən Armen Sərkisyan etimada görə dövlət başçısına və hakim partiyaya təşəkkür edib.

Armen Sərkisyan əlavə edib ki, prezidentliyə namizəd olmaq təklifi üzərində düşünmək üçün müəyyən vaxta ehtiyac var. O, qərar qəbul etməzdən əvvəl müxtəlif siyasi partiyalarla, elmi və intellektual qurumlarla, ictimai təşkilatlarla, iş adamları ilə məsləhətləşmələrə ehtiyac duyduğunu vurğulayıb.

Armen Sərkisyan Dağlıq Qarabağ rəhbərliyi və diaspor nümayəndələri ilə də bir araya gəlmək fikrində olduğunu və yalnız bundan sonra qərar qəbul edəcəyini vurğulayıb.

Serj Sərkisyanın prezident postunda səlahiyyət müddəti 2018-ci il aprelin 9-da başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 1-10 mart aralığında seçməlidir. Prezident 7 illiyə seçiləcək.

Armen Sərkisyan 1953-cü ildə Yerevanda anadan olub. Fizika-riyaziyyat elmləri namizədidir.

1992-1995-ci, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub. 2013-cü ildən yenidən bu ölkədə səfirdir.

O, müxtəlif illərdə Ermənistanı Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfir kimi təmsil edib.

1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub.

Ermənistan prezidentində hansı səlahiyyətlər qalacaq?

Müxalif blok prezidentliyə namizəd seçdi

Ermənistanda prezident necə seçiləcək?

Sərkisyan aprelin 9-da gedir. Gedirmi?

Prezident necə varis istəyir?

Ermənistanın növbəti prezidenti də qarabağlı olacaq?

Sərkisyanın namizədi müəyyənləşdi

Ermənistan hakimiyyətinin prezidentliyə yeni namizədi elan olundu

Hansı gündə doğulmağın nə fərqi var? (7)

  • 19 Yanvar 2018
  • comments

Çempionlar Liqası və Avropa Liqasında təmsilçilik ...

  • 19 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beş ayın populyar adları

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda