Ermənistan Respublika Partiyasının İcra Orqanı yanvarın 18-də prezidentliyə namizədini müəyyənləşdirib.
Novator.az-ın məlumatına görə, partiyanın sözçüsü, parlament sədrinin müavini Eduard Şarmazanov jurnalistlərə deyib ki, bir namizədin məsələsi müzakirə olunub: “Namizədi partiyanın sədri, prezident Serj Sərkisyan təklif edib. İcra Orqanının bütün üzvlərinin müzakirəsindən sonra həmin şəxsin prezidentliyə namizəd irəli sürülməsinə səs verildi. Biz hesab edirik ki, həmin namizəd Ermənistanı dünyada layiqincə təmsil edəcək. Bu namizədin böyük təcrübəsi, intellektual qabiliyyəti, Ermənistanda və diasporda nüfuzu var”.
Eduard Şarmazanov əlavə edib ki, namizədin adını yanvarın 19-da prezident Serj Sərkisyan açıqlayacaq.
Ermənistan prezidentində hansı səlahiyyətlər qalacaq?
Müxalif blok prezidentliyə namizəd seçdi
Ermənistanda prezident necə seçiləcək?