• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Beynəlxalq insan haqları hesabatı yayılıb

  • 19 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı 2017-ci il üzrə hesabat açıqlayıb. Hesabatda 90-dan çox ölkə və ərazidə insan haqlarının 2017-ci ildəki vəziyyəti təhlil edilir.

Novator.az-ın məlumatına görə, hesabatın bir fəsli Azərbaycana həsr olunub. Qeyd edilir ki, ötən il Azərbaycanda hökumət müxalif qüvvələrə qarşı basqını gücləndirib, onlarca jurnalist, siyasətçi və gənc fəal siyasi motivlərlə cinayət məsuliyyətinə cəlb edilib, ədalətsiz məhkəmə hökmləri ilə uzunmüddətli həbs cəzasına məhkum olunub: “Hökumət əleyhinə narazılıq ifadə edən belə şəxslər eyni zamanda incidilib, onların ölkədən çıxışlarına qadağa tətbiq edilib, bəziləri isə ölkəni tərk edərək canını qurtara bilib”.

Hesabata görə, ötən il Azərbaycanda 18 fəal siyasi motivli cinayət məsuliyyətinə cəlb edilib və həbs olunub, 7 jurnalist və bloqçuya eyni qaydada cinayət işi açılıb.

Sənəddə xatırladılır ki, Avropa Şurası həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovun azadlığa buraxılması üçün Azərbaycan hökumətinə 11 dəfə çağırış edib.

Qeyd olunur ki, ölkənin 5 media qurumunun saytı milli təhlükəsizliyi qorumaq bəhanəsi ilə bloklanıb, 11 jurnalist və qeyri-hökumət təşkilatı liderinə ölkəni tərk etmək qadağası tətbiq edilib.

Hesabatda tutulan və basqıya məruz qalan şəxslər sırasında Vidadi İsgəndərli, Mehman Hüseynov, Əfqan Muxtarlı, Əziz Orucov və digərləri barədə məlumatlar əksini tapıb.

O da vurğulanır ki, ötən il məhkəmə çəkişmələrində nümayəndəlik institutu məhdudlaşdırılıb, qeyri-vəkillərin məhkəmələrdə təmsilçilik hüquqlarına son qoyulub.

Yaver Camalov

Müdafiə sənayesi: ixrac 2,3 dəfə artıb

  • 19 Yanvar 2018
  • comments

Ermənistan hakimiyyətinin prezidentliyə yeni namiz...

  • 19 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Beş ayın populyar adları

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda