• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert hökumətin qərarını niyə ədalətli saymır?

  • 18 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlində dəyişikliklər edib. Yeniliyə əsasən, əməyin 1, 2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130 (əvvəl 116 ), 132 ( əvvəl 121), 134 ( əvvəl 126) və 136 (əvvəl 132) manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.

Novator.az-ın məlumatına görə, iqtisadçı ekspert Qubad İbadoğlu şərh yayaraq bildirir ki, dəyişiklik 2018-ci ildən minimum əməkhaqqının 116 manatdan 130 manata qaldırılması ilə bağlıdır: “Beləliklə, 2018-ci ilin yanvarın 1-dən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən və 1, 2, 3 və 4-cü tarif dərəcəsi ilə maaş alanların aşağı əmək haqları 4 manatdan 14 manatadək artıb.

Vahid Tarif Cədvəli 19 dərəcədən ibarətdir. Ödəniş dərəcələri ixtisas tələbləri və iş stajı ilə fərqləndirilir. Məsələn, ali məktəblərdə dosentlər iş stajından asılı olaraq 14-16 dərəcə ilə, professorlar 16-18 dərəcə ilə əməkhaqqı alır. Hazırkı artım yalnız 1, 2, 3 və 4-cü dərəcə ilə aşağı əməkhaqqı alanlara şamil olunur. Bu isə o deməkdir ki, 5-ci və ondan yuxarı olan bütün dərəcələr üzrə əməyin ödənişində dəyişiklik olmayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatların istisna olması onların əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin fərqli olması ilə əlaqədardır. Həmin müəssisə və təşkilatlarda çalışanlara Vahid Tarif Cədvəlinin 1-ci dərəcəsi ilə 145 manat ödənildiyindən və bu məbləğ minimum əməkhaqqının hazırkı səviyyəsindən (130 manatdan) yüksək olduğuna görə son dəyişikliklər onlara şamil olunmur.

Nazirlər Kabinetinin qərarı üç səbəbdən ədalətli hesab oluna bilməz. Əvvəla, bu artım Vahid Tarif Cədvəlinin yalnız aşağı 4 dərəcəsini əhatə edir. İkincisi, ilk 4 dərəcəyə şamil olunan artımın məbləği hətta rəsmi inflyasiyanın dəyərsizləşdirdiyi 12,9 faizi belə ödəmək iqtidarında deyil. Üçüncüsü, ötən il qeydə alınan 12,9 faiz ümumi, o cümlədən ərzaq məhsulları üzrə 16,4 faiz xüsusi inflyasiyanın nəticəsində əməkhaqqının dəyərsizləşməsi yalnız aşağı tarif dərəcələri üzrə deyil, bütün səviyyələrdə müşahidə olunub. Artımın yalnız ilk 4 pilləyə şamil olunması və digər 15 dərəcənin inflyasiyadan qorumaq üçün indeksləşdirmənin aparılmaması sosial cəhətdən ədalətli sayıla bilməz”.

Eniş və sabitlik

  • 18 Yanvar 2018
  • comments
İsmayil Rafiqoglu

Düşünürük, bizdən yan ötəcək…

  • 18 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Ölüm əleyhinə qiyam

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Tehran rejiminə Zəngəzur kabusu – “Foks Nyus”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Ölüm əleyhinə qiyam

Son materiallar

comments
ManşetTribunaYazarlar

Ölüm əleyhinə qiyam

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Tehran rejiminə Zəngəzur kabusu – “Foks Nyus”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda