• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanda 73 akademik var

  • 18 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Dövlət Statistika Komitəsi elm və təhsil göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2018-ci ilin əvvəlinə ölkədə 135 elmi təşkilat və müəssisə fəaliyyət göstərib. Bu elm ocaqlarında 22,5 mindən artıq mütəxəssis məşğul olur, onların da 69 faizi tədqiqatçılardır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi var.

Elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir.

Hazırda Milli Elmlər Akademiyasının 73 həqiqi və 113 müxbir üzvü var.

Digər hesabata əsasən, 2018-ci il yanvarın 1-nə ölkədə fəaliyyət göstərən 1663 dövlət və 87 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 118,7 min uşaq və ya 1-5 yaşlı uşaqların 14,2 faizi tərbiyə alır.

2017/2018-ci tədris ilinin əvvəlinə ölkənin 4410 dövlət və 28 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,5 milyon şagird təhsil alıb. Bundan əlavə sağlamlıq imkanları məhdud olan 6 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib.

2017/2018-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 55 orta ixtisas təhsil müəssisəsində 47,4 min tələbə təhsil alıb.

Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 39 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 24 elmi təşkilatda təhsil alanların sayı 167,7 min nəfər olub.

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 60 xarici ölkənin 4641 nəfər vətəndaşı da təhsil alır.

2017/2018-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 1800 nəfər təşkil edib.

Davosa kimlər toplaşır

  • 18 Yanvar 2018
  • comments

Hansı gündə doğulmağın nə fərqi var? (6)

  • 18 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Elm

Rəylər

Do not miss

comments
Xəbər

Beş ayın populyar adları

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda