• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Korrupsiyaya qarşı mübarizə: ilin hesabatı verilib

  • 17 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Yanvarın 17-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransı keçirib.

Novator.az-ın məlumatına görə, Kamran Əliyev 2017-ci ildə görülən işlərdən danışıb. O bildirib ki, ötən il idarədə cinayət xarakterli 280 material araşdırılıb. Materiallardan 181-i üzrə cinayət işi başlanıb, 99-u üzrə digər prokuror təsir aktları tətbiq edilib.

2017-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt”inə 4 min 183 müraciət daxil olub. Həmin müraciətlər əsasında 23 cinayət işinə başlanıb.

İl ərzində idarədə dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Həmin 305 adamdan 127-si qulluq mövqeyindən istifadə etməklə mənimsəmədə və israf etmədə, 67-si qulluq mövqeyindən istifadə etməklə dələduzluqda, 35-i vəzifə səlahiyyətlərindən sui-istifadədə, 17-si rüşvət almada (passiv rüşvətxorluq), 19-u rüşvət vermədə (aktiv rüşvətxorluq), 8-i vəzifə saxtakarlığında, qalanları isə digər korrupsiya cinayətlərində ittiham edilib.

Məhkəmələrə göndərilən cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatı ödənilib. Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulan digər tədbirlər görülüb.

Tədbirdə o da bildirilib ki, “Elektron hökumət” portalına inteqrasiya olunan qurumların sayı 91, elektron xidmətlərin sayı isə 437-ə çatıb. O cümlədən “ASAN xidmət” mərkəzlərinin sayı 12-yə çatdırılıb və bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olub.

Əyani dərs vəsaiti problemi: öz ilan-qurbağamıza n...

  • 17 Yanvar 2018
  • comments

Hansı gündə doğulmağın nə fərqi var? (5)

  • 17 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beş ayın populyar adları

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda