• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsa Qəmbər necədir?

  • 16 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Yanvarın 13-dən Bakıdakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunan İsa Qəmbər yanvarın 16-da reanimasiya şöbəsindən palataya köçürülüb. Bunu Novator.az-a İsa Qəmbərin xanımı Aida Qəmbər deyib.

Aida Qəmbər bildirib ki, İsa Qəmbərin durumu nəzarət altındadır, həkimlər ürək-damar sisteminin fəaliyyətini gücləndirmək istiqamətində tibbi prosedurları davam etdirirlər.

Onun sözlərinə görə, əvvəllər həyat yoldaşının ürəyində heç bir problem müşahidə etməyib: “İndiyədək İsa bəyin ürəyindən bir dəfə də şikayəti olmayıb. İnsandır, yaşlandıqca müəyyən problemlər ortaya çıxa bilər”.

Xanımı vurğulayıb ki, İsa Qəmbərin xəstəxanaya müraciət etməsinə o təşəbbüs göstərib: “Ayın 13-də halı pisləşəndə evdə idi, işə hazırlaşırdı. Həkimə müraciət etməyi məsləhət bildim, razılaşdı”.

İsa Qəmbərin müalicəsinə hökumətin dəstək təklif etməsi haqda bəzi KİV-lərdə yayılan xəbərlərə gəlincə, xanımı bildirib ki, bu məlumatları yalnız mediada görüb, reallıqda belə bir şey yoxdur.

Həyat yoldaşı İsa Qəmbərin müalicəsinin ölkədə davam etdiriləcəyini, xaricə getməyə lüzum görmədiyini deyib: “Həkimlər çox yaxşıdır, mən onlara etimad göstərirəm. İsa bəyə qayğı ilə yanaşırlar”.

60 yaşlı İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutmuş İsa Qəmbər bu təşkilatın prezidentliyə namizədidir, Milli Strateji Düşüncə Mərkəzinə sədrlik edir.

103-ün illik hesabatı

  • 16 Yanvar 2018
  • comments
İsmayil Rafiqoglu

Yeddidən biri

  • 16 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda