Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 68 nəfər insan alveri qurbanını və 28 nəfər potensial insan alveri qurbanını müxtəlif növ yardımlarla təmin edib.
Rəsmi hesabata görə, insan alveri qurbanlarından və potensial insan alveri qurbanlarından ümumilikdə 44 nəfərin tibbi, 52 nəfərin psixoloji, 53 nəfərin hüquqi yardımla təminatı həyata keçirilib.
Dövlət Məşğulluq Xidməti onlardan 21 nəfərin münasib işlə təmin olunmasına, 10 nəfərin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmalarına köməklik göstərib.
İnsan alveri qurbanlarından 14 nəfər sığınacaqla təmin edilib.