Dövlət Miqrasiya Xidməti illik hesabat yayıb. Rəsmi məlumata görə, 2017-ci ildə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan qanunvericiliyinin tələblərini pozması ilə bağlı 21438 qərar qəbul edilib. Onların 2576-sı ölkədə yaşamağın leqallaşdırılmasını, 11379-u inzibati cərimə tətbiqini, 6330-u ölkədən çıxarılmaqla cəriməni, 911-i ölkəyə gəlişin məhdudlaşdırılmasını, 242-si müvəqqəti və daimi yaşamaq üçün sənədin yenisi ilə əvəz olunmasını əhatə edib.
İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 92035 müraciət daxil olub.
Olduğu yer üzrə qeydiyyatla bağlı 794763 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.