• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hökumətdə necə ixtisar getdi?

  • 15 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Nazirlər Kabinetinin iki qurumunun statusu dəyişib. Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Dəniz Administrasiyası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə çevrilib. Dövlət Mülki Aviasiya Administrasiyası da eyni nazirlik yanında agentlik statusu alıb.

Dövlət Dəniz Agentliyinin işçilərinin say həddi 65 ştat vahidi, Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi müəyyən edilib. Hər iki agentliyin direktorlarını vəzifəyə təyin və vəzifədən azad etmək prezidentin səlahiyyətindədir.

Nazirlər Kabineti Dövlət Dəniz Agentliyinin və Dövlət Mülki Aviasiya Agentliyinin əsasnamələrinin layihəsini bir ay müddətində hazırlamaladır.

Fərman yanvarın 12-də imzalanıb.

Novator.az bildirir ki, yenilikdən sonra Nazirlər Kabineti qurumlarının sayı 35-dən 33-ə düşüb. Bunun 18-i nazirlik, 9-u dövlət komitəsi, 5-i dövlət xidməti, 1-i idarədir.

Azərbaycan Konstitusiyasına görə, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. 12 yanvar fərmanından sonra hökumət üzvlərinin sayı 41-dən 39-a enib.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov və Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bu postlara 2016-cı ildə təyin olunmuşdular.

Ötən il fevralın 13-də Nəqliyyat Nazirliyi prezident fərmanı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Həmin gün Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Ramin Quluzadə 1977-ci il fevralın 1-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu 1997-ci ildə bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirib. 2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib. 2015-ci il noyabrın 25-də rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub. Bu vəzifədə o, həmçinin nazir vəzifəsini icra edib. 2016-cı il yanvarın 15-də rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

Natiq Memmedli

50 yaşlı dəliqanlı

  • 12 Yanvar 2018
  • comments

Büdcədə 1 milyard 141,4 milyon manat kəsir qalıb

  • 15 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda