Jurnalist Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmü yanvarın 12-də Balakən Rayon Məhkəməsinin hakimi Hümbət Səlimov çıxarıb.
Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə təqsirli bilinib.
İbtidai istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
Balakən Rayon Məhkəməsində hökm çıxarılandan bir qədər əvvəl dövlət ittihamçısı Əfqan Muxtarlıya 8 il həbs cəzası verilməsini təklif etmişdi.
Novator.az bildirir ki, Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
Mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçilib.
Gürcüstanda da Əfqan Muxtarlı ilə bağlı cinayət işinə başlanıb. İş qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırılır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva 4 yaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb. Leyla Mustafayeva Almaniya hökumətindən sığınacaq istəyəcəyini bəyan edib. O, Gürcüstanı tərk etməsinin səbəbini həmin ölkədə özünü təhlükəsiz duymaması və izlənməsi ilə əlaqələndirib.
Əfqan Muxtarlı hazırda Şəki İstintaq Təcridxanasında saxlanır.
Əfqan Muxtarlının işi: nə baş verir?
Əfqan məsələsi: Azərbaycan və Gürcüstanın hüquq mühafizə orqanlarından açıqlamalar
Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçildi
Əfqan Muxtarlı ilə bağlı rəsmi məlumat
Gürcü nazir azərbaycanlı jurnalistdən danışıb: “Detallar aşkara çıxarılacaq”
Bakıda məhkəmə, Gürcüstan parlamentində aksiya
Avropa Parlamenti Azərbaycana nə tələblər qoyub?
“Sərhədsiz reportyorlar” həbsdəki jurnalistləri azadlığa buraxmağa çağırır
Əfqan Muxtarlının işi: Gürcüstanda diqqət artır
Əfqan Muxtarlının işi: görüntülər görünmür
Əfqanın yeni məhkəməsi. Jurnalistin səhhəti pisləşib
Müddət bitməmiş davamı gəldi
Əfqan Muxtarlının işi: şikayətlərə baxılıb
Əfqan Muxtarlı hakimə nə deyib?
Əfqan 110 manat 95 qəpik ödəyəcək
Jurnalist 30 kilo arıqlayıb
Əfqan Muxtarlının Gürcüstana müraciəti
Əfqan Muxtarlının ailəsi Gürcüstanı tərk etdi
Əfqan Muxtarlı qaçmaq fikrində olmadığını desə də…
Əfqan Muxtarlının layiq görüldüyü mükafat xanımına təqdim olunub
Əfqan Muxtarlının işi: ibtidai istintaq başa çatdı
Əfqan Muxtarlının məhkəməsinin vaxtı məlum olub
Əfqan Muxtarlının məhkəməsi: bircə vəsatət təmin olunub
Əfqan Muxtarlı qəfəsdə, jurnalistlər qapı ağzında, şahidlər dinləmədə
Əfqan Muxtarlının məhkəməsi: şahidlər nəyi bilmirlər?
Əfqanın əzizləri dəfn olunub
Əfqanı buraxmaq vəsatəti təmin olunmadı
Prokuror Əfqana 8 il istədi