• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çempionlar Liqası və Avropa Liqasının yeni təqvimi

  • 12 Yanvar 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

UEFA Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün təqvimi məlum olub.

Novator.az bildirir ki, yeni formata əsasən, Çempionlar Liqasının qrupuna birbaşa çıxan komandaların sayı 22-dən 26-ya artırılır. Qrupa digər 6 vəsiqənin taleyinə seçmə raundlarda aydınlıq gələcək. 4 vəsiqə çempionlar üçün nəzərdə tutulub. Bu istiqamətdə təsnifat mərhələlərinin sayı 4-dən 5-ə artıb. Cəbəllütariq, Andorra, San Marino və Kosovo çempionları mübarizəyə ilkin təsnifatdan (yarımfinal və final matçları) start verəcək.

Azərbaycan daxil olmaqla 33 UEFA üzvü turnirə 1-ci mərhələdən başlayır. Bundan sonra 2-ci, 3-cü və 4-cü mərhələni keçib qrupa düşmək olar.

Çempion olmayan komandalar qrupadək üç ələmə mərhələsindən keçəcək. Onlara 2 vəsiqə ayrılıb.

Çempionlar Liqasının istənilən seçmə mərhələsindən ələnən komandalar Avropa Liqasına vəsiqə alacaq. Onlar Avropa Liqasında qrupa düşmək üçün bir-birləri ilə oynayacaq. Bu istiqamət üzrə üç ələmə mərhələsi olacaq. Sırf Avropa Liqasının komandaları isə qrupa düşmək üçün beş mərhələdə yarışacaq. Bu turnirə də ilkin təsnifat raundu əlavə olunub.

Novator.az-ın məlumatına görə, Çempionlar Liqasında ilkin təsnifat mərhələsinin yarımfinal görüşləri 2018-ci il iyunun 26-da, final oyunu iyunun 29-da keçiriləcək.

1-ci mərhələnin oyunları 10-18 iyul arası, 2-ci mərhələnin oyunları 24 iyul-1 avqust arası, 3-cü mərhələnin oyunları 7-15 avqust arası, 4-cü mərhələnin oyunları 21-29 avqust arası keçiriləcək.

Qrup mərhələsi sentyabrın 18-dən dekabrın 12-dək davam edəcək.

1/8 final 2019-cu il fevralın 12-dən martın 13-dək çəkəcək. 1/4 final 9-17 aprel arası, yarımfinal 30 aprel-8 may arası olacaq.

Final matçı iyunun 1-i Madriddə keçiriləcək.

Avropa Liqasının ilkin təsnifat mərhələsi 2018-ci il iyunun 28-də başlayır, iyulun 5-də bitir.

1-ci mərhələ 12-19 iyul arası, 2-ci mərhələ 26 iyul-2 avqust arası, 3-cü mərhələ 9-16 avqust arası, 4-cü mərhələ 23-30 avqust arası keçiriləcək.

Qrup mərhələsi sentyabrın 20-dən dekabrın 13-dək davam edəcək.

1/16 final 2019-cu il fevralın 14-dən 21-dək çəkəcək. 1/8 final 7-14 mart, 1/4 final 11-18 aprel, yarımfinal 2-9 may arası olacaq.

Final oyunu mayın 29-u Bakı Olimpiya Stadionunda keçiriləcək.

Efqan Muxtarli

Prokuror Əfqana 8 il istədi

  • 12 Yanvar 2018
  • comments

Sosial xidmət hesabatı

  • 12 Yanvar 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda