• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qonşu ölkələrdə birinci xanımlar

  • 10 Yanvar 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

Novator.az qonşu və yaxın ölkələrin birinci xanımları barədə arayışı təqdim edir.

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın xanımı Əminə Ərdoğan 1955-ci ildə anadan olub. Orta təhsillidir. Gənc yaşlarından ictimai fəaldır. İdealist Qadınlar Birliyinin qurucularındandır. Uşaq və qadın hüquqları istiqamətində layihələrdə müəllif və dəstəkçi kimi iştirak edir.

Gürcüstan prezidenti Georgi Margvelaşvilinin xanımı Maka Çiçua 1965-ci ildə anadan olub. Aktrisa, rəssam və müğənnidir. Paytaxt Tbilisidə teatrda çalışır və kinoya çəkilir. Müxtəlif incəsənət sərgilərinin təşkilatçısıdır.

Ermənistan prezidentinin xanımı Rita Sərkisyan 1962-ci ildə doğulub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Stepanakert şəhərində yaşadığı vaxt uşaq bağçasında musiqi müəllimi işləyib. Hazırda evdar qadındır. Səhiyyə istiqamətində çalışan xeyriyyə fondlarının rəhbərliyində təmsil olunur və mədəniyyət sahəsində ictimai fəaliyyət göstərir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin xanımı Sara Nazarbayeva 1941-ci ildə anadan olub. Uşaq hüquqları sahəsində ixtisaslaşan iki fondun, demoqrafiya məsələləri ilə məşğul olan bir fondun rəhbəridir. Sağlam həyat tərzinə dair bir neçə kitabın müəllifidir.

Özbəkistan prezidenti Şövkət Mirziyayevin xanımı Zirayətxan Mirziyayeva Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunu bitirib. İqtisadçı-mühəndisdir. Hazırda evdar qadındır.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun xanımı Aygül Tokoyeva evdar qadındır. Kənd təsərrüfatı və heyvandarlıq sahəsində kiçik ailə biznesini idarə edir.

Tacikistan prezidenti İmaməli Rəhmanın xanımı Əzizma Əsədullayeva və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımı Oğulgərək Berdiməhəmmədova haqda geniş məlumat yoxdur.

Ukrayna prezidenti Pyotr Poroşenkonun xanımı Marina Poroşenko 1962-ci ildə anadan olub. Kiyev Tibb İnstitutunu bitirib, kardioloq, tibb elmləri namizədidir. Hazırda Pyotr Poroşenko Xeyriyyə Fondunun rəhbərlərindəndir.

Belarus prezidenti Aleksandr Lukaşenkonun xanımı Qalina Lukaşenko 1955-ci ildə anadan olub. Mogilyov Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. Uşaq bağçasında çalışıb. Mogilyov Vilayət İcraiyyə Komitəsinin əhalinin sağlamlığı şöbəsinə rəhbərlik edir, sakinlərin sanatoriyada müalicə məsələləri ilə məşğul olur.

Moldova prezidenti İqor Dodonun xanımı Qalina Dodon 1977-ci ildə anadan olub. Moldova Dövlət Aqrar Universitetini və Milli Menecment İnstitutunu bitirib. Uzun illər maliyyə sahəsində çalışıb.

Prezident 2018-i Xalq Cümhuriyyəti ili elan etdi

  • 10 Yanvar 2018
  • comments

İsa Qəmbərin təşkilatı planları müzakirə edib

  • 10 Yanvar 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Yeni nəsil “Alo” demir ki… – “Business İnsider”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0

Tags

  • Gender
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

Son materiallar

comments
ManşetTribunaYazarlar

Media bayramına sözardı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Yeni nəsil “Alo” demir ki… – “Business İnsider”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda