Dünya birjalarında neftin qiyməti artır. Yanvarın 10-da “AzəriLayt” markalı neftin bir barreli 0,58 dollar bahalaşaraq 70,44 dollar olub.
London birjasında “Brent” markalı neftin bir barreli 69,16 dollara, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 63,45 dollara yüksəlib.
AZƏRTAC xəbər verir ki, “Brent”in qiyməti 2015-ci ilin mayından bəri ilk dəfə 69 dolları keçib.
Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 45 dollar hesablanıb. Ötən həftə Azərbaycan neftinin qiyməti son üç ilin maksimumuna çatıb. Yanvarın 5-də “AzəriLayt” markalı neftin bir barreli 70,54 dollara satılıb. Bu, son 3 il 1 ayda qeydə alınan ən yüksək göstərici olub. “AzəriLayt”ın bir barreli sonuncu dəfə 2014-cü il dekabrın 5-də 70,6 dollara təklif edilmişdi.