• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Alpinistlərin axtarışları çətinləşib

  • 10 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Qubanın dağlıq ərazisində itkin düşmüş alpinistlərin axtarışları davam edir. Fhn.gov.az-ın məlumatına görə, yanvarın 9-u axtarış-xilasetmə əməliyyatının aparıldığı ərazidə, Fövqəladə Hallar Nazirliyinin yaratdığı əməliyyat qərargahında müşavirə keçirilib.

Əməliyyat müşavirəsinə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, qərargahın rəhbərliyi, axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbərləri, peşəkar alpinistlər və avstriyalı mütəxəssislər qatılıb.

Müşavirədə alpinistlərin axtarışları ilə əlaqədar görülən işlər təhlil olunub, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib: “Qeyd olunub ki, 27 dekabr 2017-ci ildə Fövqəladə Hallar Nazirliyi axtarış-xilasetmə işlərinə başlayıb. Prosesə Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasediciləri, Mülki Müdafiə Qoşunlarının canlı qüvvəsi və müvafiq texnikası, Şimal Regional Mərkəzinin xilasediciləri, aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri və xüsusi təlim keçmiş itlər cəlb edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr də axtarışlara qatılıb.

Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2500-3000 metr yüksəklikdə) çətin meteoroloji şəraitdə aparılır. 31 dekabr 2017-ci il və 1 yanvar 2018-ci ildə hava şəraiti kəskin pisləşib – temperatur aşağı düşüb, qar yağıb. İntensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. İtkin düşmüş alpinistlərin olduğu ehtimal edilən ərazilərdə qar qatının qalınlığı hazırda 8-12 metrə çatır. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib. Bu səbəbdən axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.

5 yanvar 2018-ci ildə Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri (3 nəfər) hadisə rayonunda olublar. Xarici mütəxəssislər alpinistlərin olma ehtimalının böyük olduğu ərazilərə baxış keçirib və həmin ərazilərdə axtarışların aparılmasının həyat üçün təhlükəli olduğu qənaətinə gəliblər.

Axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanıb.

Müşavirədə qarşıda duran məsələlər müzakirə edilib, müvafiq göstərişlər verilib”.

Novator.az xatırladır ki, üç alpinist itkin düşüb: 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə. Onlar “Gilavar” idman klubunun üzvləridirlər. 2017-ci il dekabrın 23-də “Şahdağ” Milli Parkı ərazisindəki Xınalıq keçid məntəqəsindən Tufandağ zirvəsi istiqamətinə qalxan alpinistlərin itkin düşdüyü dekabrın 27-də bilinib.

Rubl yuxarı istiqamət alıb

  • 10 Yanvar 2018
  • comments

Neftin yeni qiymətləri

  • 10 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hadisə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda