Mədəniyyət və Turizm Nazirliyi turizm statistikası açıqlayıb. Novator.az-ın məlumatına görə, rəsmi hesabatda qeyd olunur ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 20% artaraq 2 milyon 691 min 998 nəfər olub. Turistlərin 853 min 82 nəfəri Rusiya, 537 min 710 nəfəri Gürcüstan, 362 min 597 nəfəri İran, 301 min 553 nəfəri Türkiyə, 102 min 360 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 62 min 454 nəfəri İraq, 57 min 756 nəfəri Ukrayna, 33 min 273 nəfəri Səudiyyə Ərəbistanı, 381 min 213 nəfəri digər ölkələrin vətəndaşıdır.
Xarici vətəndaşlar daha çox iyul ayında gəlib: 313 min 515 nəfər.
2016-cı illə müqayisədə 2017-ci ildə Səudiyyə Ərəbistanından 4,5 dəfə, Omandan 7,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 1,9 dəfə, İrandan 1,4 dəfə, Hindistandan 2,3 dəfə çox xarici vətəndaş gəlib.
Türkiyədən Azərbaycana gələnlərin sayında isə 11 min 790 nəfər azalma müşahidə edilib.