2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində əlilliyi olan 39 min 762 nəfərə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərilib. Rəsmi hesabata görə, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 1193 ədəd əlil arabası, 1345 ədəd aşağı və yuxarı ətraf protezi, 1764 ədəd aşağı və yuxarı ətraf ortezi, 9806 ədəd müxtəlif reabilitasiya vasitəsi, 690 ədəd bel və boyun nahiyəsi üçün korset verilib.
Əlilliyi olan şəxslər 1426 cüt dirsəkaltı ağac, 718 ədəd dördayaqlı dayaq vasitəsi, 4859 cüt ortopedik ayaqqabı, 2826 cüt protez ayaqqabı, 265 ədəd ortopedik aparat, 615 ədəd eşitmə aparatı, 1853 ədəd əsa və s. ilə təmin edilib.
749 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunub.
Ümumilikdə ötən il ərzində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar 33 minədək protez-ortopedik məmulat və reabilitasiya vasitəsi alıb.