• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropada işsizlik: yeni rəqəmlər

  • 09 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Avropa İttifaqının Statistika Xidməti işsizlik hesabatı yayıb. Novator.az-ın məlumatına görə, bildirilir ki, 2017-ci ilin noyabrında Avropa İttifaqının 28 ölkəsində işsizlik həddi 7,4%-dən 7,3%-ə enib. Bu, 2008-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir.

Avropa İttifaqı ölkələrində oktyabr ayı ilə müqayisədə noyabrda işsizlərin sayı 155 min nəfər azalaraq 18 milyon 116 min nəfər olub.

Ötən ilin noyabrında Avropada ən aşağı işsizlik səviyyəsi Çexiyada qeydə alınıb: 2,5%. Həmin dövr üçün Almaniya və Maltanın hər birində işsizlik səviyyəsi 3,6% təşkil edib.

Fransada noyabrda işsizlik səviyyəsi 9,3%-dən 9,2%-ə düşüb. İtaliyada işsizlik göstəricisi 11,1%-dən 11%-ə enib. Bu, 2012-ci ilin sentyabrından bəri ən aşağı işsizlik həddidir.

Hesabata əsasən, ən yüksək işsizlik səviyyəsi Yunanıstanda qeydə alınıb. Sentyabr ayına olan son məlumata əsasən, bu ölkədə işsizlik həddi 20,5% olub. İkinci yerdə 16,7%-lə İspaniya gəlir.

2017-ci ilin oktyabr ayına nisbətdə noyabrda avro zonasının 19 ölkəsində işsizliyin səviyyəsi 8,8 %-dən 8,7%-ə enib.

Avro zonası ölkələrində noyabrda işsizlərin sayı oktyabr ayı ilə müqayisədə 107 min nəfər azalaraq 14 milyon 263 min nəfər təşkil edib. Bu, 2009-cu ilin yanvarından bəri ən aşağı işsizlik həddi sayılır.

2016-cı ildə avro zonası ölkələrində işsizlik göstəricisi 9,8% olub.

1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Böyük Britaniya qurumdan çıxmaq üzrədir.

Avro 2002-ci ildən real pul vahidi kimi işlədilir. Avro zonasına daxil olan ölkələrin 19-u Avropa İttifaqının üzvüdür: Almaniya, Avstriya, Belçika, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan.

Səidə Hüseynova

Əmək Müfəttişliyi

Əmək Müfəttişliyi Xidməti 2017-yə nöqtə qoydu

  • 09 Yanvar 2018
  • comments
Alpinistlerin axtarishi

İtkin alpinistlərlə bağlı mətbuat konfransında nəl...

  • 09 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda